Kurslar və təhsil


Bizim "Arc-en-ciel" dillər məktəbinin saytına xoş gəlmisiniz ! Maraqlandığınız üçün təşəkkür edirik və çox böyük məmnuniyyətlə bizim təklifləri sizə təqdim edirik.

"Arc-en-ciel" dillər məktəbi sizə planetimizdəki dillərin müxtəlifliyini nəzərə alaraq müxtəlif kurslar təklif edir. Əlbəttə, bizdə ən çox işlənilən dillər təmsil olunur, amma bununla yanaşı əgər sizə lazım olarsa səfərdə, peşə və ya ailə həyatınızda işinizə yarayacaq nadir dillər üzrə də tədris verə bilərik.

Bizim məktəbdə dil təhsili bilik verilməsi ilə məhdudlaşmır. Müəllimlərimiz çalışacaqlar ki, sizə dilləri öyrənmək maraqlı olsun, onlar ölkələrin mədəniyyəti ilə və onların xüsusiyyətləri ilə Sizi tanış edəcək .

Siz saytımızda müvafiq kurslar haqqında daha çox məlumat toplamaya və gördüyümüz işlərlə tanış ola bilərsiz.

Hazırlıq mərkəzi

Dil təhsili ilə yanaşı, bizim assosiasiyası müxtəlif kurslar üzrə hazırlıq mərkəzi təklif edir. Hazırlıq mərkəzində kurslar məktəb proqramları əsasında yaradılmışdır və şagirdlər üçün çətinlik yaradan sahələri əhatə edir, bu təbiət və dəqiq elmlərə aiddir (riyaziyyat, fizika).

Hazırlıq həmçinin digər fənlər üzrə də nəzərdə tutulub. Şagirdlər məktəbdə üzləşdiyi problemləri bizim müəllimlərimizin köməkliyi ilə həll edə bilər və məktəbdə toqquşan çətinlikləri evdə, daha rahat müzakirə edə bilərlər.

Bundan başqa, orta məktəbdə pis təqdim olunan fənlər üzrə (informatika və musiqi) mərkəzimizdə hazırlıq təklif olunur. Beləliklə, assosiasiya gənclərə dolğun və rəngarəng təhsil verməyə çalışır.

Müəllimlərimiz assosiasiyamızın üzvləri, tələbələr, ali məktəb məzunları və pensiyaya çıxan müəllimlərdi. Bizim qiymətlər müəllimlərin nəqliyyat təminatının dəyərinin ödənilməsi və müəllimlərimizin ödənişlərinə əsaslandırılır. Belə yanaşma özəl yüksək qiymətləri olan kurslara son qoyur.